Menu

Qərbi Azərbaycan əyalətində İŞİD-in 40 casusu tutuldu

21.06.2017, 10:25
Qərbi Azərbaycan əyalətində İŞİD-in 40 casusu tutuldu

“İranın Qərbi Azərbaycan əyalətində terrorçu İŞİD qruplaşmasının 40 casusu tutulub”.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu həmin əyalətin mərkəzi Urmiyadan olan deputatı Nadir Qazipur bildirib.

Onun sözlərinə görə, terrorçulardan çoxlu sayda silah-sursat aşkarlanaraq götürülüb. Deputat deyib ki, qruplaşmanın casusları Qərbi Azərbaycanın Piranşəhr, Sərdəşt, Mahabad, Bukan və Tikab şəhərələrində Qədr gecəsində terror aktı törətməyi planlaşdırırmışlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol