Menu

"Başak İnam" "Zaminbank"ın payını əldə etmək iqtidarında deyil - FOND

21.06.2017, 11:43
"Başak İnam" "Zaminbank"ın payını əldə etmək iqtidarında deyil - FOND

Əmanətlərin Sığortalanması Fondu tərəfindən "Zaminbank" ASC-yə məxsus təsisçi payının realiziyasiya edilməsi və vəsaitlərin bankın ləğv hesablarına köçürülməsi barədə 25 avqust 2016-cı il tarixdə "Başak İnam" sığorta şirkətinə rəsmi müraciət edilib.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, bu günə kimi bununla bağlı sığorta şirkəti tərəfindən hər hansı tədbir görülməyib. Fonddan o da bildirilib ki, nizamnaməyə uyğun olaraq sığorta şirkəti səhmləri əldə etməyib.

"Şirkətin səhmdarlarının 2016 və 2017-ci ildə keçirilən ümumi yığıncaqlarında bu məsələ bir daha səhmdarların diqqətinə çatdırılıb və onlar tərəfindən "Zaminbank"ın səhmlərini əldə etmək iqtidarında olmadıqları bildirilib", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, ləğv prosesində olan "Zaminbank" ASC "Başak İnam" sığorta şirkətinin 24,4% və ya 1 mln. 697 min manat məbləğində səhminə malik olmaqla səhmdarıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol