Menu

İŞİD Suriyaya yaxınlaşır

16.06.2014, 15:53
İŞİD Suriyaya yaxınlaşır

Terrorçular daha iki bölgəni ələ keçirib

İraq Şam İslam Dövləti Suriya-İraq sərhədinə nəzarəti ələ keçirməyə çalışır. ANS PRESS-in məlumatına görə, İŞİD Suriya sərhədində yerləşən Ənbar vilayətinin bəzi qəsəbələrini ələ keçirib.

Terrorçular bölgədən İraq ordsunun geri çəkilməyindən istifadə edərək Ənbar vilayətinin Rəmanə və Kerabel qəsəbələrini nəzarət altına alıb.

Xatırladaq ki, İŞİD İraqın böyük şəhərlərindən olan Mosul və Tikriti ələ keçirib. İraqda ordu qüvvələri ilə İŞİD arasında döyüşlər gedir. Digər tərəfdən kürdlər də bəzi şəhərləri ələ keçirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol