Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov xarici öhdəliklərin restrukturizasiya planına edilən dəyişikliklərin investorlar tərəfindən müsbət qarşılanacağına ümid edir.
Bankir bildirib ki, restrukturizasiya planı uğurla icra olunacaq: “Gözləntilərimiz müsbətdir. İyulun 18-də səsvermə prosesi keçiriləcək. Daha sonra texniki icra mərhələsinə başlanacaq”.
X. Əhədov qeyd edib ki, restrukturizasiya planına əsasən bütün kreditorlar üçün eyni hüquqlar təmin olunacaq və bu zaman ikili yanaşmaya yol verilməyəcək.
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) xarici öhdəliklərinin restrukturizasiya edilməsi şərtləri Bankın borclu olduğu Qazaxıstan Pensiya Fonduna da eyni qaydada şamil ediləcək.
“ “Kreditorlar ABŞ-Böyük Britaniya qanunvericiliyi əsasında fəaliyyət göstərir və hamıya eyni qaydada yanaşılır”, - deyə o, qeyd edib. /APA, Report


Şərhlər