Menu

Suriyaya getmək istəyən 3 azərbaycanlı tutuldu

16.06.2014, 16:54
Suriyaya getmək istəyən 3 azərbaycanlı tutuldu

Azərbaycan vətəndaşları türkiyədə saxlanılıblar

Türkiyədə Suriyaya keçmək istəyən azərbaycanlılar tutulub. ANS PRESS-in məlumatına görə, bir necə nəfər qeyri-qanuni yollarla Kilis istiqamətindən Suriyaya keçməyə cəhd edib.

Saxlanılanar arasında Azərbaycan, Livan,Sudan və Səudiyyə Ərəbistanı vətəndaşları olub. Onlar 8 nəfər olublar. Saxlanılanlardan 3-ü Azərbaycan vətəndaşıdır. Daha iki alman isə qaçaq yollarla Türkiyəyə keçməyə çalışıb.

Qaçaqlarla mübarizə üçün Kilis Jandarma Kapitanlığı əməliyyat keçirib. Əsgərlər sərhəddi keçməyə çalışan 8 nəfərə "dayan" əmri veriblər.

Suriyaya keçməyə cəhd edənlər deportasiya edilmək üçün polis bölməsinə təhvil veriliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol