Menu

General özünü pəncərədən atdı

16.06.2014, 17:28
General özünü pəncərədən atdı

Boris Kolesnikov istintaq zamanı intihar edib

Rusiya Daxili İşlər Nazirliyinin antikorrupsiya idarəsinin keçmiş başçısının müavini general Boris Kolesnikov istintaq zamanı özünü pəncərədən ataraq öldürüb. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya İstintaq Komitəsindən bildiriblər. Komitə təmsilçisi Vladimir Markin bildirib ki, fevralda həbs edilmiş Kolesnikov intihar edib.

O, vəzifədən sui-istifadə etməyə və cinayət qruplaşması yaratmağa görə günahlandırılır. İstintaqın məlumatına görə, general indiyə kimi iki dəfə intihar etmək istəyib.

İstintaqın versiyasına görə, o, keçmiş rəisi general-leytenant Denis Suqrobovla birlikdə fəaliyyət göstərib. Məhkəmədə qeyd edilib ki, 2013-cü ilin noyabr ayından 2014-cü ilin fevral ayına kimi cinayətkar qruplaşma 1 ağır cinayət törədib.

Amma Kolesnikov bu ittihamları qəbul etməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol