Sabiq deputat, "Sumqayıt” və "Cavid” ticarət mərkəzlərinin sahibi Nizami İsgəndərovun başı problemlərdən açılmır. MİA-nın əldə etdiyi məlumata görə, keçmiş deputatın sahibi olduğu obyektdə daha bir uşağın həyatına təhlükə yaranıb.
Belə ki, "Cavid" Ticarət Mərkəzinin damından qopan dəmir örtük azyaşlı bir uşağın qolunu parçalayıb. Hadisənin böyüməməsi üçün N.İsgəndərovun işə qarışdığı və uşağın valideynlərini razı saldığı bildirilir.
MİA-nın məlumatına görə, yaralı uşağın harda müalicə olunması məlum deyil. Çox güman ki, məsələni ört-basdır eləmək üçün sözügedən hadisə başqa adla qeydə alınıb.
Xatırladaq ki, ötən il N.İsgəndərovun sahibi olduğu Xaçmazda yerləşən "Nabran Holiday Village” istirahət mərkəzində 3 yaşlı İmran Cəfərzadənin faciəvi şəkildə sağlamlığını itirməsi ilə nəticələnən hadisə baş vermişdi. O zaman məsələ ictimailəşdiyindən N.İsgəndərov hadisəni ört-basdır edə bilməmişdi. Ancaq budəfə hələlik hadisənin böyüməsinin qarşısını almağa çalışır.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Şərhlər