Menu

Müsəlman uşaq bağçaları bağlansın! - XİN başçısı

22.06.2017, 13:09
Müsəlman uşaq bağçaları bağlansın! - XİN başçısı

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avstriyanın Xarici işlər nazirliyinin (XİN) başçısı, ATƏT-in sədri Sebastyan Kurts ölkəsində fəaliyyət göstərən müsəlman uşaq bağçalarının bağlanmasını təklif edib.

Onun sözlərinə görə, belə məktəbəqədər müəssisələr dil və mədəniyyət baxımından uşaqları əsas cəmiyyətdən təcrid edir, amma vergi ödəyiciləri tərəfindən maliyyələşdirilməyi istəyirlər. Bundan başqa, Kurtsun sözləninə görə, uşaqlar ən ilkin yaşlarından alman dilini öyrənməlidirlər.

Hal-hazırda, təkcə Vyana şəhərində 10 min nəfərə yaxın uşaq müsəlman uşaq bağçalarına gedir. Bununla əlaqədar olaraq, XİN başçısı həmin uşaq bağçalarında çalışan dayə və pedaqoqlara qarşı tələblərin sərtləşdirilməsini təklif edir. Nazirin fikrincə, onların alman dilini necə bilmələrinə xüsusi diqqət yetirilməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol