Menu

Ərdoğanın əsas rəqibi danışdı

16.06.2014, 21:32
Ərdoğanın əsas rəqibi danışdı

Türkiyənin əsas müxalifət partiyalarının prezidentliyə vahid namizədi Ekmələddin İhsanoğlu açıqlama verib. ANS PRESS-in məlumatına görə, İslam Əməkdaşlıq Təşkilatının sabiq rəhbəri MHP və CHP-yə təşəkkür edib:

"CHP və MHP-nin uşlaşdığı bir namizəd olmaq çox qururvericidir. Türkiyə kimi böyük bir ölkədə bu ali mövqeyə layiq və vəzifəsini layiqi ilə yerinə yetirə biləcək çoxlu şəxlərin olması şübhəsizdir. CHP və MHP-nin bu mövzudakı birgə qərarını hörmətlə qarşılayıram və təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Türkiyənin hakim Ədalət və İnkişaf partyası baş nazir Ərdoğanı prezidentliyə namizəd irəli sürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol