Menu

Putinin Çeçenistandakı baş marioneti Ukraynanı hədələdi

16.06.2014, 21:40
Putinin Çeçenistandakı baş marioneti Ukraynanı hədələdi

“Andrey Deşitsa bütün Rusiyanı təhqir edib və buna görə o, cavab verməli olacaq”. Musavat.com-un rusnovosti.ru-ya istinadən verdiyi xəbərə görə, bu sözləri özünün instargam səhifəsində Çeçenistanın rəhbəri Ramzan Kadırov yazıb. “Ukraynanın xarici işlər naziri adlandırılan Andrey Deşitsa iyunun 14-də talançılar kütləsi ilə birgə Rusiya səfirliyi önündə prezident Vladimir Putinə qarşı kobud və aşağılayıcı hərəkətə yol verib. Ancaq buna görə o, istefaya göndərilməyib” – yazıb Kadırov.

Onun sözlərinə görə, ədəbsiz sözləri hətta bir-biri ilə döyüşən ölkələrin vəzifəli şəxsləri də özlərinə rəva görmürlər. “Deşitsa bütün Rusiya xalqını, böyük Rusiyanı təhqir edib. Buna görə o, cavab verməli olacaq. Vladimir Putin bizim milli qəhrəmanımızdır. Prezident, Ali Baş Komandandır... Deşitsa təcili istefaya getməlidir! Başqa yolu yoxdur”, - deyə Putinin Çeçenistandakı baş marioneti fikrini tamamlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol