BMT-nin insan haqları üzrə ali komissarı Navi Pilley bəyan edib ki, təşkilat terrorçuların vəhşiliklərini təsdiqləyən yüzlərlə sənədli fakta malikdir. Musavat.com-un “Reuters”ə istinadən verdiyi məlumata görə, vəhşiliklərin qurbanı təslim olan və ya əsir götürülən əsgərlər və polislər olub.
“Hərçənd dəqiq rəqəm söyləmək mümkün deyil, ancaq əsasən Tikritin müxtəlif rayonlarında həyata keçirilmiş soyuqqanlı edamların sistematik halları artıq bir gerçəkdir. Bu qəddarlıqlar hərbi cinayətlərə bərabər hesab oluna bilər”, - deyə təşkilat rəsmisi bildirib.
Xatırladaq ki, İraq hökuməti hazırda ölkənin şimal-qərbi üzərində nəzarəti tam itirib.


Şərhlər