Menu

Avropa İttifaqı öz müdafiəsini NATO və ABŞ-la kooperasiyada quracaq

24.06.2017, 01:17

avropa_birliyi_1«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa İttifaqı (Aİ) özünün müdafiəsini NATO və Amerika Birləşmiş Ştatları (ABŞ) ilə kooperasiyada qurmaq niyyətindədir.

Bu, yaranmış təhlükələrə, o cümlədən, kibercinayətkarlar və terrorçular tərəfindən yaradılan təhlükələrə vaxtında və effektli reaksiya verməyə imkan verəcək.

Cümə günü Avropa İttifaqının qəbul ediyi qərarda bu barədə söhbət açılır.

Sənəddə Aİ üzvlərinə birgə hərbi texnika almağın mexanizminin hazırlanması təklif olunur. Qeyd edilir ki, bunda məqsəd Avropanın müdafiə sənayesi üçün rəqabət qabiliyyətli novator əsaslarını hazırlamaqdan ibarətdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol