azad-rehimov-ve-oglu

Məlum olduğu kimi dünəndən Bakıda "Formula 1" yarışları başlayıb. Yarışlar dövlət büdcəsinə 10 milyonlarla dollara başa gəlsə də, təşkilindən böyük pullar qazananlar da var. "Azadlıq" Radiosunda bununla bağlı dərc olunan araşdırmanı ixtisarla dərc edirik:

-Nazir olsanız, bir-birinin ardınca idman tədbiri keçirib, onların büdcə hesabına təşkilini oğlunuza həvalə etmək könlünüzdən keçərdimi? Bəs böyük-böyük idman arenalarının tikintisini necə, başqa bir şirkətə yox, oğlunuza verərdinizmi? Bizim araşdırmalarda əldə etdiyimiz sənədlər belə deməyə əsas verir ki, Azərbaycanda gənclər və idman naziri məhz belə edir. Bu sənədlərə görə hələ üstəlik, sifarişləri oğlunun İngiltərədəki şəriklərinin şirkətlərinə ötürür.

Könüllü olmaq istəyən çoxdur, nazir oğlu isə təkdir

Dövlət büdcəsinə on milyonlarla dollar vəsaitə başa gələn «Formula 1» Avropa Qran-prisinin Bakının mərkəzində təşkil olunması gənclər və idman nazirinin Londonda yaşayan oğlu Arif Rəhimova həvalə olunub.

Azərbaycan hökuməti bu yarışları 10 il ard-arda Bakı şəhərində keçirmək haqda öhdəlik götürüb. Yarışların təşkili üzrə eksklüziv hüquqlar isə bir başqasına deyil, 30 yaşlı Britaniya vətəndaşı Arif Rəhimova verilib. Heç bir tender keçirilmədən. Demək ki, vəziyyət dəyişməsə, yəni nazirlikdə hər şey öz axarı ilə davam edərsə, Arif Rəhimov 2026-cı ilədək «Formula 1» yarışlarında ona tapşırılan işi görəcək.

Yeni oyunlar üçün yeni şirkət

Arif Rəhimov 2013-cü ilin dekabrında «Baku F1» MMC (VÖEN 1502464311) adlı şirkət yaradıb.

«Baku F1» MMC (qəzetdən screenshot)

Növbəti aylarda şirkət adını dəyişərək «Baku Grand Prix» MMC olub, hazırda isə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti adını daşıyır. Vergilər Nazirliyi məlumat verir ki, F1-in təşkilində iştirak etmək məqsədilə 2016-cı ilin fevralında Arif Rəhimovun başçılığı ilə daha bir şirkət – «BCC Commercial» MMC də yaradılıb. Ünvan kimi isə başqa bir yer deyil, Gənclər və İdman Nazirliyinin inzibati binası yerləşən Olimpiya küçəsi 4, seçilib.

«BCC Commercial» Veb screenshot

Azərbaycan dövləti bu yarışların Bakıda keçirilməsi öhdəliyini pozarsa, çoxmilyonlu təzminat ödəməyə məhkumdur. Bunu nazir Azad Rəhimov deyib. Nazirlik BCCOC-nin üzərinə qoyulan öhdəliklər barədə isə sükutla keçir.

Hökumət, eləcə də Gənclər və İdman nazirliliyi «Formula 1» yarışlarının Bakıda təşkil olunmasının yekun büdcəsini verilən vədlərə baxmayaraq açıqlamadı. Nazir Azad Rəhimov 2016-cı ilin iyununda təşkil olunan mətbuat konfransında «dövlət və bütün sponsorlar tərəfindən 100 milyon manata yaxın» xərc çəkildiyini elan etmişdi. Elə BCCOC da qazancı haqda hesabat vermir.

«İdman yarışlarının keçirilməsi də inhisar altındadır»

«Formula 1»-i «ciddi korrupsiya mənbəyi» adlandıran «Azad İqtisadiyyata Yardım» İctimai Birliyinin sədri Zöhrab İsmayıl deyir ki, Azərbaycan büdcəsinin hesabına həm əcnəbilər, həm də yerli məmurlar varlanırlar.

«Yarışları ölkə ərazisində təşkil etmək iş adamı Arif Rəhimova – gənclər və idman naziri Azad Rəhimovun oğluna tapşırılıb. Nazir oğlu «DDLAR Group»-a başçılıq edir. Tikinti sahəsində ixtisaslaşmış şirkətlər qrupu həm də idman tədbirləri üçün nəzərdə tutulmuş obyektlərin tikintisi və təmiri ilə məşğul olur. Şirkətlər qrupu ölkə ərazisində – Bərdə, Şirvan, Ağcabədi, İmişli, Sumqayıt, Tovuz, Cəlilabad, Göygöl, Abşeron, Xaçmaz, Daşkəsən, Mingəçevirdə olimpiya komplekslərinin layihələndirilməsi və tikintisini həyata keçirib. Maraqlıdır ki, bu, Azad Rəhimovun 2006-cı ildə nazir təyin olunmasından sonrakı dövrə təsadüf edir. Beləliklə, ölkədə başqa digər biznes sahələrində olduğu kimi, idman obyektlərinin tikintisi, idman yarışlarının keçirilməsi də inhisar altındadır», – Zöhrab İsmayıl söyləyir.

Arif Rəhimov müvəffəqiyyətdən danışır

Bu yaxında Bakıda keçirilən mətbuat konfransında Arif Rəhimov avtomobil yarışlarının Azərbaycan üçün əhəmiyyətindən danışıb: «Biz Formula 1 Avropa Qran-prisinin ölkəmizdə keçirilən mərhələsinin adını dəyişdirərək, «Formula 1» Azərbaycan Qran-prisi adlandırmaqla, bu yarışın məhz Azərbaycanda keçirilməsi barədə insanlara mesaj göndəririk. Əvvəlcə özümüzü Avropa ölkəsi kimi təqdim etmək ideyası vardı, sonradan dəqiqləşdirmək istədik ki, bu Avropa ölkəsi Azərbaycandır və o, xəritədə məhz bu nöqtədə yerləşir. Düşünürəm ki, müvəffəqiyyət əldə etmişik və bundan sonra da bu istiqamətdə irəliləyəcəyik».

Avropa Oyunlarında tikintilər «DDLAR Group»a tapşırılır

Avtomobil yarışları Arif Rəhimovun atasının nazir kimi nəzarət etdiyi sahəyə ayrılan dövlət vəsaitindən xeyir götürdüyü heç də yeganə qazanc mənbəyi deyil. 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunlarının yarış arenalarının bir çoxu yerli mediada ona aid olduğu bildirilən «DDLAR Group» Şirkətlər Qrupu tərəfindən inşa olunub. Əlbəttə ki, yenə heç bir tender və müsabiqə olmadan. Gənclər və İdman Nazirliyi yüz milyonlarla manat smeta dəyəri olan idman qurğularının tikintisini, eləcə də “Baku Crystall Hall”un Avropa oyunlarına hazırlanması «DDLAR Group» QSC-yə həvalə edib.

azad rehimov formula 1Avropa Oyunlarının keçirildiyi Su İdmanı Sarayının tikintisi 200 milyon manatdan çox, Bakı Stend Atıcılığı üzrə İdman Kompleksinin tikintisi 110 milyon manat, Avropa Oyunları Parkı 100 mln. manatdan bir qədər az məbləğə başa gəlib. Xərclərin məbləğini gənclər və idman naziri Azad Rəhimov

“DDLAR Group”