Menu

Sabirabadda ağır qəza - 5 nəfər xəsarət alıb

24.06.2017, 20:26
Sabirabadda ağır qəza - 5 nəfər xəsarət alıb

Sabirabad rayonun Qaragüney kəndi ərazisində mikroavtobusla minik avtomobili toqquşub.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə nəticəsində 3-ü qadın, 2-si kişi olmaqla 5 nəfər xəsarət alıb. Xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri və xəsarət alanların kimliyi araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol