Ağdaşda yol qəzası baş verib.
"Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə rayonun Pirəzə və Ağzıbir kəndləri arasında qeydə alınıb.
Belə ki, həmin ərazidə "Hyundai-Sonata " və "VAZ-2107" markalı avtomobillər toqquşub.
Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Onlar Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
"VAZ-2107" markalı avtomobilin sürücüsü, Ağdaş rayonunun Qaraoğlan kənd sakini 17 yaşlı Məmmədov Turan Xaləddin oğlu qəza zamanı aldığı xəsarətlərdən ölüb.
Həkimlər digər yaralıların vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.
Xəsarət alan şəxslərin hamsı Ağdaş rayonunun Qaraoğlan kənd sakinləridir.


Şərhlər