Menu

 “Mən Putinin fanatıyam” - Maradona

26.06.2017, 22:20
 “Mən Putinin fanatıyam” - Maradona

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona özünü Rusiya prezidenti Vladimir Putinin fanatı adlandırıb.

“Biz yenə Putinlə ünsiyyətdə olacağıq. O mənə zəng edib və Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatı üçün nəsə etməyimi istəyib. Mən Putinin fanatıyam və xahişə sevə-sevə cavab verəcəyəm. Mənimlə iki ay əvvəl də əlaqə qurmuşdular, lakin prezidentlə şəxsi görüşdə məsələni müzakirə etmək vacibdir”, - virtualaz.org xəbər verir ki, Maradona “Ole” nəşrinə belə bildirib.

Xatırladaq ki, Rusiyada futbol üzrə dünya çempionatının final mərhələsi 2018-ci ilin iyun ayının 14-dən iyul ayının 15-nə qədər keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol