Menu

“Rusiya ABŞ-dakı seçkilərə müdaxilə edə bilərdi” - Ağ Ev

26.06.2017, 22:59
“Rusiya ABŞ-dakı seçkilərə müdaxilə edə bilərdi” - Ağ Ev

Prezident Donald Tramp hesab edir ki, Rusiya ABŞ-da 2016-cı ildə keçirilən prezident seçkilərinə müdaxilə edə bilərdi.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser bəyan edib.

“Rusiya və potensial olaraq digər ölkələr ABŞ-dakı seçkilərə müdaxilə edə bilərdi”, deyə Ş.Spayser bildirib.

Bu gün D.Tramp özünün “Tvitter” səhifəsində yazıb ki, onu Rusiya ilə əlbir olmaqda ittiham edənlər ondan üzr istəməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol