«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Kanzas Siti sakini Con Rippl arvadanın əlindən o dərəcədə yorulub ki, sərsəm bir iş görmək qərarına gəlib. Kişi məxsusi olaraq, bankı qarət edib ki, onu «türmə»yə bassınlar - qoy necə olursa-olsun, ancaq bu dəhşətli qadından uzaq olsun! Amma məhkəmə hakimi onunla çox qəddar davranıb. («Lad Bible»).
Həmin gün Con banka girib və xəzinədara deyib: «Mən tapança ilə silahlayam, pulları ver». 3 min dollara qədər pulu alan kişi bankın girişində polisləri gözləməyə başlayıb. Polislər gələn kimi, soyğunçu onlara deyib: «Mən, sizin axtardığınız adamam».
Gözlənildiyi kimi, Con soyğunçuluqda təqsirli olduğunu etiraf edib və onu 37 ay müddətinə azadlıqdan məhrum etmək isitəyiblər. Amma yenə də vəkillər ona qarşı humanist mövqedən çıxış etməyi hakimdən xahiş ediblər. Hakim razılaşıb və qərarını 6 aylıq ev dustaqlığına qədər, həmsçinin 3 ilə qədər nəzarət altında yaşamağa və 50 saatlıq məcburi ictimai əməyə cəlb olunmağa qədər yumşaldıb.


Şərhlər