Menu

ATƏT XİN Şurası Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

29.06.2017, 12:52

OSCE-CochairsATƏT-in nazirlər səviyyəsində qeyri-rəsmi görüşünün iyulun 11-də Avstriyanın Mauerbax şəhərində keçirilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova deyib.

O bildirib ki, görüşdə ATƏT məkanında mövcud münaqişələrin nizamlanması məsələsi müzakirə olunacaq.

M.Zaxarova qeyd edib ki, xarici işlər naziri Serget Lavrov da ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın XİN rəhbəri Sebastian Kurtsun təşəbbüsü ilə keçiriləcək görüşdə iştirak edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol