Menu

Mədəniyyət evindən 26 kondisioner oğurlandı

29.06.2017, 13:46
Mədəniyyət evindən 26 kondisioner oğurlandı

Tovuzda Mədəniyyət evi qarət edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 22-də Bozalqanlı kəndindəki Mədəniyyət evinin həyətindəki yardımçı otaqdan ümumi dəyəri 9800 manat olan 26 ədəd kondisioner oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Tahir Orucov tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol