Menu

ABŞ təyyarə və gəmilərini Suriyadakı Şayrat bazasına doğru çəkib

29.06.2017, 15:33

nato«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) təyyarə və gəmilərini Suriyadakı Şayrat bazasında doğru cəmləşdirib. Müdafiə nazirliyindəki mənbəyə istinadla, bu barədə xəbəri «CNN» telekanalı yayıb.

Məlumata görə, əgər Suriya hərbçiləri kimyəvi silahdan istifadəyə cəhd etsələr, Birləşmiş Ştatlar hücuma keçəcək.

Amerikalı hərbçilər bundan əvvəl xəbərdarlıq etmişdilər ki, təyyarələrin və kimyəvi maddə saxlanan qabların Şayrat bazasına doğru yerdəyişməmsi barədə məlumatın ortaya çıxacağı təqdirdə fəaliyyətə başlaya bilərlər.

Hərbçilər qeyd edirlər ki, hələlik bazada şübhəli fəallıq qeydə alınmayıb.

ABŞ müdafiə nazirliyində hesab edirlər ki, Dəməşq Vaşinqtonun xəbərdarlığını ciddiyə alıb və «geri çəkilmək» qərarına gəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol