Menu

PUTİN YAXIN ŞƏRQDƏ TƏSİR İMKANLARINI ARTIRIR - Məscid tikdirir, neft axtarır...

30.06.2017, 00:02
PUTİN YAXIN ŞƏRQDƏ TƏSİR İMKANLARINI ARTIRIR - Məscid tikdirir, neft axtarır...

“Bəllidir ki, Rusiya Yaxın Şərqdə geosiyasi və iqtisadi təsirini gücləndirmək üçün Suriyadan bir vasitə kimi istifadə edir.Rusiya həm də maraqlarına uyğun gəldiyi təqdirdə özünü regionun təhlükəsizliyinin qayğısına qalacaq əsas oyunçu kimi də göstərməyə can atır”. Bu fikirlər İşveçin “Svenska Dagbladet” adlı jurnalında dərc edilən məqalədə əksini tapıb. "AzPolitika.info"nun məlumatına görə, məqalədə daha sonra bildirilir.

-ABŞ Suriya qırıcısını vurduqdan sonra Rusiya müdafiə nazirliyi Suriya səmalarında Amerika ilə təsadüfən baş verə biləcək istənilən hərbi münaqişədən qaçmaq üçün yaradılmış “qaynar xətt” koordinasiyanı bir tərəfli qaydada kəsib.Bəşər Əsədin güclü tərəfdarı olan Rusiya Amerika ilə münasibətdə səsinin tonunu yenidən qaldırıb. Rusiya 2015-ci ilin oktyabrından Suriyanı havadan bombalayır.

Həmin hücumların əksəriyyəti Suriya müxalifətinə yönəlib. Buradan da belə nəticə çıxarmaq olar ki, əslində İŞİD-lə mübarizə Rusiyanın Suriyadakı başlıca məqsədi deyil. Baxmayaraq ki, müxalif qüvvələr 2016-cı ilin dekabrında özünün əsas dayaq mərkəzi sayılan Hələbdən məhrum olub, ancaq Bəşər Əsəd üçün ən böyük təhlükə İŞİD yox, məhz müxalifətdir.

Rusiyanın Suriyadakı müharibəyə müdaxiləsi ABŞ-ın yadına amerikanların əməkdaşlıq etməli tərəfin məhz Moskva olmasını salmalıdır.

Amma Rusiyanın strateji gələcəyə böyük ehtiyacı var.Araştırmaçı analıtik Mark Qaleotti hesab edir ki, Rusiya öz yerində sayır və onun hal-hazırdakı vəziyyətdən çıxmaq üçün planı yoxdur.”Paris Beynəlxalq Əlaqələr İnstitunda” təhqiqat aparan Qaleotti deyib: “Putin siyasi yolla güclənə bilməz”.

Qaleotti Rusiyanın Suriyadakı metodlarını, onun Çeçenistandakı metodları ilə müqayisə edir.

Bu yaxın anlara qədər Rusiyanın Suriya müharibəsindəki rolu hava hücumları ilə məhdudlaşırdı. Lakin indi onlar yerüstü döyüşlərə də müdaxilə edirlər. Sünnü əhaliyə malik Çeçenistandan Suriyaya əsgər göndərilib.Onların konkret rolları və sayları bəlli deyil. Moskva bildirib ki, bu ölkədəki iştirakını azaltmaq niyyətindədir və Suriya xalqı öz gələcəyini özü həll etməlidir.

Rusiyanın Suriyadakı fəaliyyətlərindən bir nümunə də, dağıdılmış məsçidlərin bərpa olunmasıdır. Çeçenistan lideri Ramzan Kadırovun atası Əhməd Kadırovun şərəfinə adlandırılmış Çeçen Regional Fondu Hələbdə İŞİD tərəfindən dağıdılmış Əməvilər məscidinin tikintisini maliyyələşdirməyi qərara alıb.Həmin məscid YUNESKO-nun ümumdünya mirasına daxil edilib. Bərpa olunacaq məscidin açılışı 2018-ci ilin avqust ayına planlaşdırılır.

Kadırov fondu çeçenlərə kömək etmək məqsədiylə 2004-cü ildə yaradılıb. Lakin bu fond həm Rusiyanın müxtəlif regionlarında və həm də dünyada ehtiyacı olanlara yardım göstərir. Fond keçən ilin sentyabrında Dəməşq, Latakiya və Tartus əhalisinə 2,5 min qoyun, 100 öküz və 10 dəvə yollayıb. Bununla yanaşı fond 7 min suriyalı uşaq üçün məktəb ləvazimatı göndərib. Əhməd Kadırov Fondu həmçinin Hələb şəhərində kimsəsiz uşaqlar üçün evlər tikməyi planlaşdırır.

Suriyada gedən müharibənin fonunda bu təşəbbüs çeçen lideri Ramzan Kadırovu Yaxın Şərqdəki əzabları yüngülləşdirmək istəyən mərhəmətli bir insan kimi göstərməyə və eyni zamanda da onun nüfuzunu möhkəmləndirməyə yönəlib.

Çeçenistan və Suriya arasındakı müqaviləyə əsasən Homs şəhərindəki Xalid İbn-əl Valid məscidi də bərpa olunma prosesindədir.

Yaxın Şərqdəki təsir gücünü artırmaq arzusu təkcə siyasətə aid deyil. Qərb tərəfindən tətbiq edilmiş iqtisadi sanksiyalar Rusiya iqtisadiyyatına sərt zərbə vurub. Buna cavab olaraq Rusiya əməkdaşlıq üçün yeni tərəfdaşlar axtarır.

Qazprom

Diplomatiyanın enerjisi hərəkətveci gücə dönüb. Moskvanın genişlənmək cəhdini son iki ildə bağlanmış işgüzar müqavilələrdən də görmək mümkündür. Məsələn, “Qazprom”şirkətiinin filialı olan “Qazprom Neft”şirkəti İraq Kürdüstanından karbohidrogen çıxarmaq imkanı əldə edib. Rusiyanın digər neft şirkəti “Rosneft” İraq Kürdüstanı və Liviyada əməkdaşlıq barədə müqavilə imzalamaqla yanaşı Misirin Zohr qaz yatağındakı payın 30%-ini də alıb. Bundan əlavə Rusiyanın dörd neft şirkəti Suriyadakı imkanlardan necə istifadə etmək barədə danışıqlara başlayıblar.

Ola bilər ki, yeni yataqlarda neft tapılmasın, ancaq buradakı sərmayə qoyuluşu Kadırovun məscidləri bərpa etməsi kimi tamamilə rəmzi məna daşıyır”.

Vaqif Nəsibov

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol