Menu

"AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbərinin apellyasiya şikayəti təmin edilməyib

17.06.2014, 17:39
"AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbərinin apellyasiya şikayəti təmin edilməyib

Bu gün Bakı Apellyasiya Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin apellyasiya şikayətinə baxılıb.

Bu barədə APA-ya məlumat verən vəkil Əkbər Bağırov bildirib ki, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, bir müddət əvvəl Binəqədi Rayon Məhkəməsinin qərarı ilə A. Abdullayev barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. Apellyasiya şikayəti həmin qərardan verilib.

A. Abdullayev Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol