Menu

Ucarda 10 yaşlı uşaq ehtiyatsızlıqdan boğularaq ölüb

30.06.2017, 01:06

bogulmaUcar rayonunun Alpı kəndində bədbəxt hadisə baş verib.

"Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə 2007-ci il təvəllüdlü kənd sakini Vaqif Akşin oğlu Quliyev yaşadığı evin həyətində oynamaq üçün ağacdan ip asarkən qeydə alınıb.

Bu zaman ip ehtiyatsızlıqdan onun boğazına dolanıb. Nəticədə V.Quliyev boğularaq dünyasını dəyişib.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol