Menu

Ərdoğanın mühafizə xidmətinin rəisi də həbs edildi

17.06.2014, 18:19
Ərdoğanın mühafizə xidmətinin rəisi də həbs edildi

Türkiyədə Baş nazirin mühafizə xidmətinin bir neçə məmuru saxlanılıb. Bu barədə bu gün Türkiyənin "TRT Haber" telekanalı xəbər yayıb. Baş nazir Ərdoğanın mühafizə xidmətinin məmurları hökumət rəhbərinin telefon danışıqlarının dinlənilməsi üzrə işlə bağlı saxlanılıblar ("Trend").

Virtualaz.org saytı "Hürriyet" qəzetinə istinadən bildirir ki, tutulanların sayı 12 nəfərdir. Daha 3 nəfər barədə şübhələr var və onlar axtarışdadır.

Ərdoğanın xidməti maşınında və iş otağında dinləmə qurğularının yerləşdirilməsi faktı üzrə başlanmış cinayət işi ilə bağlı aparılan bu həbslər İstanbul, Ankara, Yozqat, Diyarbəkir və Karabükdə həyata keçirilib.

Türkiyə mətbuatının verdiyi son məlumatlara görə, həbs edilənlər arasında Türkiyə baş naziri R.T.Ərdoğanın mühafizə xidmətinin rəisi də yer alır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol