Menu

"Azərbaycanda qaz itkiləri həddindən artıq çoxdur" - Millət vəkili

30.06.2017, 13:31
"Azərbaycanda qaz itkiləri həddindən artıq çoxdur" - Millət vəkili

"Azərbaycanda qaz itkiləri həddindən artıq çoxdur".

"APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsinin müzakirəsi zamanı millət vəkili vahid Əhmədov deyib.

Onun sözlərinə görə, qaz itkiləri aradan qaldırılsa, SOCAR-a əlavə vəsait ayrılmasına ehtiyac qalmayacaq.

V.Əhmədov “Azəriqaz" İstehsalat Birliyinin fəaliyyəti ilə bağlı tədbirlər planı hazırlanmalıdır.

Millət vəkili Qüdrət Həsənquliyev də həmkarı ilə razılaşıb və "Azəriqaz", "Azərişıq" və "Azərsu" ASC-nin özəlləşdirilməsini təklif edib: "Bu qurumların özəlləşdirilməsi bizim xərclərimizi azaldacaq və bu sahədə nizam intizamı gücləndirəcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol