Menu

Budaq Nəsirov daha 1 il "Sportinq"də

01.07.2017, 21:30
Budaq Nəsirov daha 1 il "Sportinq"də

Portuqaliyanın “Sportinq” klubu U-21 millimizin üzvü Budaq Nəsirovla müqaviləni yeniləyib.

Bu barədə Qol.az-a futbolçunun "Sportinq"ə keçidinə vasitəçi olan FİFA meneceri Vaqif Heydərli məlumat verib. Gənc yarımmüdafiəçi daha bir il Lissabon təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, B.Nəsirov ötən ilin yayından “Sportinq”də çıxış edir. O, ötən mövsüm "Sportinq"in B komandasında 20 oyunda meydana çıxıb və 1 qol vurub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol