Menu

Cənkbi Koreya Prezidenti KXDR ilə dialoq şərtini səsləndirib

02.07.2017, 11:19
Cənkbi Koreya Prezidenti KXDR ilə dialoq şərtini səsləndirib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Cənubi Koreyanın başçısı Mun Dje İn Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfəri zamanı Şimali Koreya ilə münasibətlri şəhr edib.

Prezident, Şimali Koreya ilə dialoqa başlamağın əsas şərtini açıqlayıb ki, bu şərtə əməl olunacağı təqdirdə, Seul Pxenyanla dialoqa gedə bilər («Röyter»).

Munun sözlərinə görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) özünün nüvə proqramını dondurmalı və saxladığı 3 ABŞ vətəndaşını azad buraxmalıdır.

Cənubi Koreya Prezidenti bildirib ki, danışıqların uğurlu olması üçün, proses ən yüksək səviyyədə getməlidir - Şimali Koreyanın lideri Kim Çen Inın iştirakı ilə.

«Biz, Şimali Koreyadan qaynaqlanan təhlükəni birlikdə qarşılayacağıq» - deyə, Munla görüş zamanı ABŞ Prezidenti Donald Tramp da öz növbəsində bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol