AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp iyulun 2-də Çin Xalq Respublikasının (ÇXR) sədri Si Tsizinpinlə və Yapnoniyanın Baş naziri Sindo Abe ilə telefon danışığı aparacaq.
Ağ evə istinadla, bu xəbəri «Röyter» agentliyi yayıb. Gözlənilən söhbətin mövzusu açıqlanmır.
Verilən xəbərə görə, Tramp həm də Çin lideri ilə şəxsi görüş keçirməyi planlaşdırır. Danışıq G20 sammiti çərçivəsində, iyulun 7-8 tarixində baş tutacaq.


Şərhlər