Peşmərgə və polis qüvvələri şiələrin yaşadığı Bəşir kəndini geri qaytarmaq üçün əməliyyata başlayıblar
İraqın daha əvvəl Mosul və Telafer şəhərlərini ələ keçirən, Kərkük və Bağdadı da tutacağını açıqlayan İraq Şam İslam Dövləti (IŞİD) Kərkükün 20 kilometrliyinə çatıb.
ANS PRESS-in məlumatına görə, İŞİD türkmənlərin yaşadığı Bəşir kəndini ələ keçirib. Kərkükun 11 km-də yerləşən Molla Abdullah kəndinin strateji əhəmiyyətini nəzərə alan təhlükəsizlik qüvvələri İŞİD-in hücumlarının qarşısını almaq üçün sözügedən yaşayış məntəqəsində səfərbər edilib.
Peşmərgə və polis qüvvələrinin Bəşir kəndini geri qaytarmaq üçün əməliyyat təşkil etdiyi bildirilir.
Son məlumatlara görə, kürd silahlıları ilə İŞİD üzvləri arasında şiddətli döyüşlər gedir. Döyüşlərdə Kərkükun rayon polis rəisi Serhat Qədr, onun oğlu və 10 təhlükəsizlik əməkdaşı yaralanıb. Kərkük Təhlükəsizlik qüvvələrinin komandanlığı Bəşir kəndini İŞİD-dən geri almaqda israrlıdır. Qeyd edək ki, Bəşir şiə türkmənlərinin kəndi olduğu bildirilir.


Şərhlər