Menu

Bakıda intihara cəhd - 16 yaşlı qız özünü qala divarından atdı

03.07.2017, 14:11
Bakıda intihara cəhd - 16 yaşlı qız özünü qala divarından atdı

Bakının mərkəzində 16 yaşlı qız intihara cəhd edib.

“Report”un xəbərinə görə, hadisə Səbail rayonu, Kiçik Qala küçəsində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü F.İ. intihar məqsədi ilə özünü qala divarından yerə atıb.

Yaralı çoxsaylı xəsarətlərlə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol