Menu

Rusiyadan Avropaya gedən qaz kəmərində partlayış olub

17.06.2014, 23:22
Rusiyadan Avropaya gedən qaz kəmərində partlayış olub

Rusiyadan Avropaya qaz daşıyan kəmərdə partlayış olub. İyunun 17-də baş verən partlayışda zərər çəkən olmayıb.

Partlayışın baş verdiyi Urenqoy-Pomory-Uzhqorod kəməri ilə Rusiyadan Macarıstana, ordan da Avropanın digər ölkələrinə ildə 29 milyard kub metr qaz daşınır.

Qazprom şirkətindən Reuters agentliyinə deyiblər ki, kəmərdə partlayış Avropaya çatdırılan qazın miqdarına təsir etməyəcək, çünki bu, əsas kəmərə parallel kəmərdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol