Menu

"Avropa bu yükün altına girməyə hazır deyil"

17.06.2014, 23:46
"Avropa bu yükün altına girməyə hazır deyil"

“Rusiyanın Ukraynanın qazını kəsməsi məsələsi Ukraynanın qaza olan borcunun yaranması ilə əlaqədardır”. Bunu AzPolitika.info-ya açıqlamasında politoloq Adıgözəl Məmmədov Rusiyanın Ukraynaya idxal etdiyi qazı kəsməsi ilə bağlı danışarkən deyib.

Politoloq xatırladır ki, Rusiya Ukraynaya qazı güzəştli qiymətlə satırdı: “Buna baxmayaraq, Ukrayna tərəfi istehlak etdiyi qazın pulun ödəmir və Qazprom şirkətinə xeyli borcu yaranıb. Ola bilər ki, bu həmçinin Kiyevə təzyiq etmək üçün əlavə təzyiq vasitəsi kimi də istifadə olunur. Ukraynanın iqtisadiyyatı Rusiya ilə sıx bağlıdır. Bu yaranmış gərginlik Ukrayna iqtisadiyyatına böyük zərbə vuracaqdır. Avropa bu yükün altına girməyə hazır deyil. İndi Avropa Ukraynanı Rusiya ilə danışıqlar masasına oturtmağa nail olacaqdır”.

Ülkər Musazadə

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol