Menu

“Türkiyə özünün aviadaşıyıcı kreyserini tikəcək”- Prezident

03.07.2017, 17:34
“Türkiyə özünün aviadaşıyıcı kreyserini tikəcək”- Prezident

Türkiyə özünün aviadaşıyıcı kreyserini tikəcək.“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Kınalıada” sualtı qayığının suya buraxılması mərasimindəki çıxışında bildirib.

“2023-cü ilədək Türkiyənin hərbi sənayesi xarici şirkətlərdən asılılığı azaltmalıdır. Biz öz aviadaşyıcımızı da inşa etməliyik. Biz gəmi tikintisində liderlərdən biri olmalıyıq. Artıq öz aviadaşıyıcımızın olması arzusunun reallaşacağı tarix uzaqda deyil”, - Türkiyə prezidenti vurğulayıb.

“Kınalıada” hərbi gəminin tikintisinə “MİLGEM” layihəsi çərçivəsində başlanılıb. “MİLGEM” proqramının icrasına 1996-ci ildə başlanılıb. Maliyyə çatışmazlığı ucbatından onun reallaşmasında fasilələr olub. Sualtı qayığın ilk nümunəsinin istehsalına 2008-ci il oktyabrın 2-dən “Xeybeliada” gəmisi ilə başlanılıb.“Türkiyə artıq 14 hərbi gəmi layihəsini gerçəkləşdirib. Növbədə daha 10 gəmi layihəsi var”, -Ərdoğan bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol