Menu

İŞİD-ə qoşulan azərbaycanlıya hökm oxundu - 9 il

03.07.2017, 17:54
İŞİD-ə qoşulan azərbaycanlıya hökm oxundu - 9 il

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD və digər terror təşkilatlarının tərkibində döyüşməkdə təqsirləndirilərək həbs edilən Nicat Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Əhmədov 9 il azadlıqdan məhrum edilib.

İttihama görə, N.Əhmədov 2015-ci ilin iyunun 21-də Suriya və İraq ərazilərində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etmək məqsədilə Türkiyəyə, oradan isə Suriyaya gedib. N.Əhmədov həmin il dekabrın 4-dək “İraq-Şam İslam Dövləti” – “İŞİD” adlı qanunsuz silahlı birləşmənin qanunsuz silahlı birləşmələrinə qoşularaq radikal dini və hərbi təlimlər keçib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol