“Ukrayna artıq neçə müddtdir Rusiya ilə arxayın qaz mübahisəsi aparırsa, demək başqa enerji resurslarından istifadə etmək və ya başqa tərəfdən qaz almaq kimi ehtiyyat variantlara malikdir”.
Bunu AzPolitika.info-ya açıqlamasında politoloq İlqar Altay Rusiyanın Ukraynaya təbii qazın nəqlini dayandırması ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, Rusiyanın bu addımı ilk növbədə onun öz ziyanına işləyə bilər: “Çünki Ukrayna Rusiya qazının Avropaya çıxarılması üçün başlıca tranzit ölkədir. Bu səbəbdən düşünürəm ki, bütün siyasi-hərbi çəkişmələrə baxmayaraq, bu iki ölkə arasında qaz anlaşması olacaq. Yəni Rusiya həddindən çox narahatdır və bu məsələdə maraqlıdır. Üstəlik Stokholm beynəlxalq iqtisadi məhkəməsi bu mübahisədə Rusiyanı öz qazından digər ölkələrə qarşı şantaj vasitəsi kimi istifadə etməkdə günahlandıra bilər. Belə bir perespektiv isə Moskva üçün yaxşı nəticə vəd etməz”.
Ülkər Musazadə


Şərhlər