Menu

ABŞ Avropaya sıxılmış qaz ixracını sadələşdirmək niyyətindədir

04.07.2017, 16:20
ABŞ Avropaya sıxılmış qaz ixracını sadələşdirmək niyyətindədir

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Avropaya sıxılmış təbii qaz ixracını maksimum sadələşdirmək fikrindədir.

Bununla da amerikalılar bir sıra dövlətlərin Rusiyadan asılılığını azaltmağa ümid edirlər.

«Qazprom»un nümayəndələri bu informasiyanı şərh etməkdən yayınıblar.

Ağ evin bəyanatından sitat gətirən «Röyter» agentliyinin məlumatına görə, ABŞ-n tez artan energetik ixracından «siyasi alət» qismində istifadə etməyə ümidlidirlər.

ABŞ Dövlət Departamentinin xüsusi elçisi və koordinatoru vəzifələrini icra edən Meri Uorlik bundan əvvəl qeyd edib ki, Avropada enerji təhlükəsiliyi əsas prioritetdir, çünki Avropa İttifaqınıq bir çox ölkələri bir ixracçıdan - Rusiyadan çox asılıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol