Azərbaycan Ordusu daha bir əsgərini itirib. APA-nın məlumatına görə, hadisə cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb.
Əsgər, 1995-ci il təvəllüdlü Ceyhun Ramiz oğlu Cahangirov xəstəlikdən dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya fakt təsdiqləyiblər.
Qeyd edək ki, C. Cahangirov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb.
Xəstə gəncin əsgər aparılmasını səbəbi isə açıqlanmayıb. Buna görə məsuliyyət daşıyan olacaqmı?
Vaqif
AzPolitika.info


Şərhlər