Menu

Azərbaycanda 5 tondan çox narkotik vasitə məhv edilib

18.06.2014, 12:46
Azərbaycanda 5 tondan çox narkotik vasitə məhv edilib

Azərbaycanda polis narkotik vasitələrin qanunsuz dövriyyədən yığışdırılması ilə əlaqədar xüsusi əməliyyat keçirib.

ANS PRESS-in Daxili işlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Balakən rayon polis şöbəsi və Şamaxı rayon polis şöbəsi əməkdaşları tərəfindnə həyata keçiriləcək.

Keçirilən əməliyyat zamanı Hənifə kəndi ərazisindən çəkisi 2 ton 86 kiloqram olan 3476 ədəd çətənə kolları şakarlanıb. Bundan başqa, Şamaxı rayon Muğanlı kəndi ərazisindən çəkisi 2 ton 608 kiloqram olan 2576 ədəd yabanı halda bitmiş çətənə kolları tapılıb.

Keçirilən əməliyyat zamanı aşkarlanan narkotik vasitələr məhv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol