Menu

Mingəçevir su anbarında 1 nəfər batarkən xilas edilib

06.07.2017, 00:57
Mingəçevir su anbarında 1 nəfər batarkən xilas edilib

Axşam saatlarında Mingəçevir su anbarında 1 nəfər çimərkən batmaq təhlükəsi ilə üzləşib.

"Report" xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol