Menu

Bu il parad olmayacaq - Açıqlama

18.06.2014, 13:19
Bu il parad olmayacaq - Açıqlama

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən bir neçə rayonda tədbirlər keçiriləcək

Müdafiə Nazirliyi Silahlı Qüvvələr günü münasibətilə keçiriləcək tədbirlərlə bağlı “Qafqazinfo” nun sorğusunu cavablandırıb. Cavabda bildirilir ki, 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı il dönümü ilə əlaqədar Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrdə, birləşmələrdə və qarnizon (Bakı, Gəncə, Lənkəran və Naxçıvan) zabitlər evlərində bir sıra silsilə tədbirlərin keçirilməsi planlaşdırılır. Keçiriləcək tədbirlərlə bağlı KİV-ə əlavə geniş məlumat veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol