Türkiyənin Avropa Birliyinə üzvlüyü barədə aparılan danışıqların təxirə salınmasını nəzərdə tutan hesabat 477 səslə qəbul olunub. Hesabatı Avropa Parlamentinin Türkiyə üzrə hesabatçısı holland deputat Kati Piri qəbul etmişdi.
Avropa.info xəbər verir ki, Hesabatda 16 aprel referendumunda qəbul edilən konstitusiya dəyişikliklərinin qüvvəyə minməsi halında Türkiyə ilə müzakirələrin “dərhal və rəsmi şəkildə təxirə salınması” çağırışı var idi.
Hesabatda 15 iyul hərbi çevriliş cəhdi və Türkiyədə baş verən terror aktları qınanıb. Terror təşkilatı PKK-nın yenidən zorakılığa əl atması da qınaq obyekti olub. Şimali Kipr problemi ilə bağlı isə əsasən Kipr hakimiyyəti və yunanların prinsiplərinə yer verilib.


Şərhlər