Ukraynanın patriarxı Filaret ölkədə baş verən qarşıdurmalar barədə açıqlama verərək separatçıların öldürülməsinə dini hökm verib.
Moderator.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, patriarx Rusiya aqresiyasının qarşısını olmaq üçün Ukrayna-Rusiya sərhədinin bağlanmasını və separatçıların məhv edilməsini xristian dininin ehkamlarına uyğun hesab edib.
Patriarx Filaret deyib ki, hazırda Ukraynanın şərqində yaşayan xristianlar zülmə məruz qalırlar: "Ola bilər ki, separatçıların sırasında da inanclı şəxslər var, onlar bir-birilərinə qarşı vuruşmamalıdırlar. Mən ukraynalıları özlərini müdafiəyə çağırıram”.


Şərhlər