«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət Departamentində (DD) bəyan ediblər ki, ABŞ Ukrayna ilə münasibətlərə xüsusi önəm verir və bundan imtina etməyəcək.
DD-nin nümayəndəsi Hizer Hauert dövri brifinq çərçivəsində bəyan edib ki, ölkəsi Donbasda təhlükəsizliklə bağlı vəziyyətdən narahatlıq keçirir və ABŞ Ukrayna hökuməti ilə isti münasibətlərdən məmnundur.
«Biz, Krımdakı vəziyyətdən narahatlıq keçirməkdə davam edirik. Biz, Donbasdakı vəziyyətdən narahatlıq keçiririk. Biz, çox demişik ki, necə deyərlər, Rusiyanın dəstəklədiyi üsyançılar ukraynalıların həlak olmasına görə, məssuliyyət daşıyırlar. Mən, bu mövqeyimizdən dönəcəyimizi təsəvvür edə bilmirəm» - deyə, xanım Hauert jurnalistin «Putinlə Trampın Hamburqdakı görüşündən sonra, ABŞ Ukraynanı dəstəkləməkdən imtina edə bilərmi?» sualına belə cavab verib.
«Bizim bu ölkə ilə çox isti münasibətlərimiz var və biz, buna ciddi yanaşırıq» - deyə, Hauert qeyd edib.

Şərhlər