«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, ABŞ-ın birinci xanımı Melaniyə Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirən əri Donald Trampı otaqdan «çəkib apamaq» cəhdi göstərib.
Bu məqsədlə onu görüş otağına göndəriblər, amma bu fənd işləməyib. Bunu jurnalistlərə ABŞ dövlət katibi Reks Tillerson danışıb.
Onun sözlərinə görə, bu cəhddən sonra iki ölkə liderinin görüşü daha 1 saat davam edib.
«Aydındır, onun fəndi baş tutmadı» - deyə, Tillerson təsdiqləyib.
Dövlət katibinin sözlərinə görə, prezidentlərin söhbəti planlaşdırıldığından uzun çəkib (təxminən 2 saat), çünki onların heç biri söhbəti yekunlaşdırmaq istəməyib.
«Onların arasında çox aydın və müsbət qarşılıqlı anlaşma var idi» - deyə, Tillerson əlavə edib.


Şərhlər