Menu

Gədəbəydə “Qazel” piyadanı vurub

09.07.2017, 10:42
Gədəbəydə “Qazel” piyadanı vurub

Gədəbəydə bazara heyvan aparan kənd sakinini maşın vurub.

APA-nın qərb bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Arıqdam kəndinə gedən yolda qeydə alınıb. Kənd sakini 1970-ci il təvəllüdlü İsgəndərov Cəmil Vəli oğlu bazara heyvan apararkən hərəkətdə olan “Qazel” markalı avtomobil tərəfindən vurulub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan C.İsgəndərov xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol