Menu

Binadan atılan zibil “Mercedes”in şüşəsini sındırdı

09.07.2017, 15:37
Binadan atılan zibil “Mercedes”in şüşəsini sındırdı

Bakıda avtomobilinin ön şüşəsi sındırılmış şəxs polisə müraciət edib.

Lent.az xəbər verir ki, Xətai rayon sakini Ramin Hacıyev polisə müraciət edərək bildirib ki, yaşadığı Mehmandarov küçəsi 92 saylı binanın qarşısında saxladığı “Mercedes” markalı minik avtomobilinin şüşəsi sındırılıb.

Onun sözlərinə görə, yuxarı mərtəbədə yaşayan sakinlərdən biri məişət tullantıları ilə dolu torbanı eyvandan aşağı atıb. Avtomobilin üstünə düşən zibil torbası şüşənin qırılmasına səbəb olub.

Araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol