Menu

Çin Şimali Koreya ilə təmasları dayandırdı! - Müdafiə Nazirliyi xəttilə

10.07.2017, 00:30

cin_8AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Çin Xalq Respublikası (ÇXR) müdafiə nazirliyi xəttilə Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə bütün təmasları dayandırıb.

Hərbi idarənin nümayəndəsi «Channel New Asia» telekanalına danışıb ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələrinə əməl olunması məsələsində Pekin beynəlxalq birliklə həmrəylik nümayiş etdirir.

Bundan başqa, ölkə Amerika Birləşmiş Ştatlarına (ABŞ) və KXDR-a ikitərəfli təmaslar qurmaqda kömək edir. Bununla bərabər, ÇXR rəhbərliyi Pxenyanı xəbərdar edib ki, Şimali Koreyanın maraqları naminə ölkənin denukeorizasiyasına başlamaq lazımdır.

Hazırda Cənubi Koreyada ABŞ-n raket əleyhinə müdafi sistemləri (THAAD) yerləşdirilməsi və KXDR-n raket sınaqları səbəbilə, bölgədə situasiya xeyli xaotik görsənir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol