Menu

Səddam Hüseynə edam hökmü çıxaran hakim İŞİD-in əlinə keçdi

18.06.2014, 17:07
Səddam Hüseynə edam hökmü çıxaran hakim İŞİD-in əlinə keçdi

“İraqın və Şamın İslam Dövləti” (İŞİD) silahlı terrorçu qruplaşması və ona qoşulan BƏƏS (Səddam Hüseynin partiyası) tərəfdarları İraqda Səddama 2006-ci iləd edam hökmü çıxaran hakim Rauf Əbdül Rəhmanı əsir götürüb.

Musavat.com-un xarici qaynağa istinadən verdiyi məlumata görə, bu barədə qadağan edilən BƏƏS partiyasının baş katibi İzzət İbrəhim əd-Durinin facebook

səhifəsində bildirilir. “Bəyan edirik ki, Rauf Əbdül Rəhman üsyançıların əlindədir”, - deyə o qeyd edib.

Rəsmi mənbələr isə son vaxtlaradək Kürd muxtariyyətinin ədliyyə naziri işləmiş Rauf Əbdül Rəhmanın əsir düşməsini hələlik təsdiqləməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol