Menu

Prokuror həbsdə olan blogerə cəza istəyib

18.06.2014, 17:56
Prokuror həbsdə olan blogerə cəza istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan bloqqer Ömər Məmmədovun məhkəməsi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses iyunun 25-də davam etdiriləcək.

Ömər Məmmədov yanvarın 24-də tutulub. Onun üzərindən 6 qram heroin tapıldığı bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol